SON XƏBƏRLƏR

Qəzvin yollarının yenidən qurulmasına büdcə ayrılmır

2021.12.18, 10:52
Qəzvin yollarının yenidən qurulmasına büdcə ayrılmır

Gunaz.tv

Qəzvin əyalətinin Yollar və Yükdaşıma Nəqlıiyyatı İdarəsinin başçısı Cavad Həqq Lütfi əyalət yollarının, özəlliklə kənd yollarının yenidən qurulması üçün büdcə olmadığını deyib. 

“Qəzvin əyalətinin kənd yollarının təmiri və normal səviyyəyə çatdırılması üçün 1840 milyard tümən vəsaitə ehtiyac olduğu halda layihələrin həyata keçirilməsi üçün ayrılan vəsait 177 milyard tüməndir və buda lazim olan büdcənin yalnız 9%-i təşkil edir”-deyə, Həqq Lütfi bildirib. 

O, əyalət yollarının daha çox yol qəzaları baş verən hissələrinin standartlaşdırılması, yol nişanları, ara kəsmə və təhlükəsizlik cədvəllərinin quraşdırılması üçün 33 milyard tümən vəsaitə ehtiyacları olduğunu qeyd edib. 

“Əyalətdə mövcud olan 5300 kilometr yolun yalnız yarısı asfalt yollardan ibarətdir. kənd yollarının isə 30%-nın asfalt olmasına baxmayaraq, onların salınmasından uzun vaxt keçdiyi üçün yararsız durumdadırlar”-deyə, Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı mövcud büdcə bu işin öhdəsindən gələ bilmədiklərini söyləyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar