SON XƏBƏRLƏR

Qəzvində idman hökumətin diqqətindən kənarda qalıb

2022.01.19, 11:45
Qəzvində idman hökumətin diqqətindən kənarda qalıb

Gunaz.tv

Abbas Əlayi Müqəddəm deyib ki, dövlətin Beşinci İnkişaf Planında adambaşına düşən idman sahəsi 120 kvadrat santimetr nəzərdə tutulsa da, Qəzvin əyalətində bu göstərici aşaıdır.

Beləki Qəzvində bu, 84 kvadrat santimetr olmaqla ölkə göstəricilərindən olduqca aşağıdır.

Əyalətdə yarımçıq qalan idman layihələrindən danışan Əlayi Müqəddəm bildirib ki, bir çox layihələr, o cümlədən 6000 nəfərlik qapalı idman salonu büdcə çatışmazlığı ucbatından yarımçıq qalıb.

“İdman sahəsində yarımçıq qalan layihələrin tamamlanması üçün 400 milyard tümən vəsait lazımdır.

Bu vəsait ayrılmadığından mərkəz və komplekslərin tikintisi yarımçıq dayandırılıb”-deyə, İdman və Gənclər İdarəsinin başçısı bildirib.

Başçı qəzvinli idmançıların beynəlxalq yarışlarda çox sayda mükafat aldığını vurğulayıb.

Bildirib ki, idman komlekslərinin az olması əyalətdə idmanın inkişafına mənfi təsir göstərib.

Abbas Əlayi Müqəddəm bununla yanaşı əyalətin başqa bölgələrində yarımçıq qalan 41 idman layihəsinin tamamlanması üçün daha 180 milyard tümən vəsaitə ehtiyac olduğunu qeyd edib.

C.E 

سرپرست اداره کل ورزش و جوانان استان قزوین معرفی شد - خبرگزاری مهر | اخبار  ایران و جهان | Mehr News Agency

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar