SON XƏBƏRLƏR

Qəzvində avtobus sürücüləri tətil aksiyası keçirir

2022.03.02, 07:30
Qəzvində avtobus sürücüləri tətil aksiyası keçirir

Gunaz.tv

Sürücülər onsuz da aşağı məbləğdə olan gəlirlərinin onların dolanışığını təmin etməyə yetmədiyini bildirib.

Sürücülərin istəklərinə önəm verməyən Qəzvin bələdiyyəsinin başçıları onların tətil aksiyasına əl atmasından sonrada onların problemləri ilə maraqlanmayıb.

Məsulların laqeydliyindən acıqlanan sürücülər istəklərinin yerinə yetirilmədiyi, şəhər bələdiyyə başçısının onları qəbul edib və tələblərinin həlli üçün zəmanət vermədiyi təqdirdə işə çıxmayacaqlarını söyləyiblər.

Sürücülərin işi dayandırmasından sonra özəlliklə Qəzvin-Məhəmmədiyyə bölgəsində yaşayan əhalinin saatlarla dayanacaqlarda qalmasına baxmayaraq, əlaqədar məsullar susqunluqlarının davam etdirirlər.

Bundan öncədə oxşar aksiyalar keçirən avtobus sürücüləri əmək haqlarının aşağı olmasından, bələdiyyənin onlar üçün nəzərdə tutulduğu ödənişləri verməməsindən narazıdırlar.

“Qəzvində fəaliyyət göstərən 300 avtobus sürücüsünə subsidiya ödənilməli olduğu halda bu günə kimi bunu etməyiblər.

Koronavirus məhdudiyyətləri zamanı ziyan çəkən sürücülər üçün əlavə ödənişlərində verilməsi barədə vədlərin heç biri yerinə yetirilməyib”-deyə, qəzvinli etirazçı sürücülərin nümayəndəsi bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar