SON XƏBƏRLƏR

Qəzvində dərman fabrikində yanğın baş verib-Ölənlər var

2023.01.10, 22:22
Qəzvində dərman fabrikində yanğın baş verib-Ölənlər var

Gunaz.tv

Yanvarın 9-u günortadan sonra Əlborz Sənaye Şəhərciyində yerləşən heyvan və quş dərmanı istehsal edən müəssisələrdən birində yanğın hadisəsi baş verib. 

Qəzvin əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Həsən İsmailinin verdiyi məlumata görə, yanğın nəticəsində 4 nəfər ölüb və 3 nəfər yanıq xəsarətləri alıb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Əyalətin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məhəmməd Rza Əzimi yanğının səbəblərinin araşdırıldığını və nəticənin media vasitəsilə bildiriləcəyini deyib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar