SON XƏBƏRLƏR

Qəzvində gənc qadın edam edilib

2021.10.30, 09:07
Qəzvində gənc qadın edam edilib

Gunaz.tv

31 yaşlı Susən Rzayi həyat yoldaşını öldürməkdə ittiham olunaraq 6 il öncədən Qəzvin zindanında saxlanılırdı.

Susən Rzayinin yaxınlarının dediyinə görə, o məcburi şəkildə dayısı oğlu ilə evləndirilib.

“Məni özüm istəmədən pullu olduğu üçün dayım oğlu ilə ailə həyatı qurmağa məcbur etdilər. O, hər gün içir və məni döyür və işgəncə edirdi”-deyə, Rzayi bundan öncə məhkəmə iclasındakı çıxışında bildirmişdi.

Susən Rzayinin edamı ilə bağlı məlumat bu saata kimi İran Məhkəmə Sistemi və rəsmi mətbuatı tərəfindən elan edilməyib.

Bir çox hallarda İranda icra edilən edam hökmləri barəsində rəsmi məlumat verilmir.

Beynəlxalq Əfv Təşkilatı və başqa insan haqları müdafiə qurumları bu edamları gizli edam olaraq adlandırırlar.

İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar