SON XƏBƏRLƏR

Qəzvində hava çirkliliyi təhlükəli həddə çatıb

2023.01.20, 11:19
Qəzvində hava çirkliliyi təhlükəli həddə çatıb

Gunaz.tv

Bu barədə əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi məlumat yayıb.

Məlumatda zərərli maddələrin havada konsentrasiyasının 173 olduğu və bunun bütün yaş qrupları üçün təhlükəli sayıldığı bildirilir.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.  

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar