SON XƏBƏRLƏR

Qəzvində işçilər qeyri-müəyyən iş şəraitlərindən narazıdır

2022.09.08, 09:19
Qəzvində işçilər qeyri-müəyyən iş şəraitlərindən narazıdır

Gunaz.tv

2020-ci ilin əvvəllərindən işdən çıxarılan 120 işçi bu günə kimi vəziyyətlərinin qeyri-müəyyən olaraq qaldığını, işə qayıdıb-qayıtmayacaqları ilə bağlı dəqiq açıqlama verilmədiyini deyirlər.

Onlar işdən çıxarılan zaman bunun müvəqqəti olduğunun deyildiyi, bu səbəbdən təzminat və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının ödənilmədiyini bildiriblər.

Fabrik bir müddət əvvəl məhdud əsaslarla fəaliyyətə başlasa da, sosial sığorta haqqının fabrik tərəfindən ödənilməməsi səbəbindən işçilərin çoxu öz işlərinə qayıda bilməyiblər.

1968-ci ildə təsis edilən fabrikdə bundan öncə 900 nəfər işçi fəaliyyət göstərib.

İşçilərin bildirdiyinə görə yanlış idarəetmə səbəbindən fabrik dəfələrlə işçiləri işdən uzaqlaşdıraraq istehsal həcmini azaldıb və nəticə olaraq bu gün fabrikdə 60 nəfər çalışır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar