SON XƏBƏRLƏR

Qəzvində mədəniyyət sahəsində infrastruktur layihələri yarımçıq qalıb: Hökumət pul ayırmır

2022.01.12, 13:29
Qəzvində mədəniyyət sahəsində infrastruktur layihələri yarımçıq qalıb: Hökumət pul ayırmır

Gunaz.tv

“Qəzvin əyalətində mədəniyyət sahəsində ciddi infrastruktur çatışmazlığı ilə üzləşirik. İllərdir daimi sərgi salonunun tikintisi üçün münasib yer və büdcə ayrılmasını gözləyirik.

Bu və başqa mədəniyyət layihələri ilə bağlı dəfələrlə məsələ qaldırmışıq, Şəhər Şurasının açıq toplantılarında müzakirələr edib tələblər irəli sürsəkdə nəticə əldə lunmayıb”-deyə, M.İsmaili bildirib.

O, deyib ki, rəhbərlik etdiyi qurumun tikintisinə ehtiyac olan mərkəzlərin büdcəsini təmin etmək üçün yetərli imkanı yopxdur.

Məhəmmədhüseyn İsmaili bələdiyyə, valilik və başqa əlaqədar qurumların problemin həlli üçün kordinasiyalı əkildə tədbir görmələrini istəyib.

Qeyd edək ki, son vaxtlar Qəzvin əyalətində müxtəlif sahələrdə yarımçıq qalan layihələrlə bağlı yerli məsullar dəfələrlə məlumat verib, problemin həli üçün büdcə vəsaiti tələb ediblər.

İki gün bundan öncə Qəzvin əyalətinin İdman və Gəndclər İdarəsinin başçısı Abbas Əlayi Müqəddəm idman sahəsindəki layihələrin bir çoxunun yarımçıq qaldığını deyib. O, bunun həlli üçün ən azı 180 milyard tümən büdcənin ayrılmadığını bildirib.

Bununla yanaşı yalətin Yollar və Yükdaşıma Nəqlıiyyatı İdarəsinin başçısı Cavad Həqq Lütfi əyalət yollarının, özəlliklə kənd yollarının yenidən qurulması üçün büdcə olmadığını söyləyib.

“Qəzvin əyalətinin kənd yollarının təmiri və normal səviyyəyə çatdırılması üçün 1840 milyard tümən vəsaitə ehtiyac olduğu halda layihələrin həyata keçirilməsi üçün ayrılan vəsait 177 milyard tüməndir və buda lazim olan büdcənin yalnız 9%-i təşkil edir”-deyə, Həqq Lütfi bildirib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar