SON XƏBƏRLƏR

İran hökuməti Qəzvində məktəb tikintisinə vəsait ayırmır

2021.10.20, 07:36
İran hökuməti Qəzvində məktəb tikintisinə vəsait ayırmır

Gunaz.tv

Əsgərəli Cavanbəxt problemin aradan qaldırılması yerli xeyriyyəçilərin yardım etdiyini deyib.

Ə.Cavanbəxt oktyabrın 7-də mətbuat nümayəndələri iə söhbətində cari günəş ilinin ilk 6 ayında əyalətdə 165 sinif otağının tikilərək istifadəyə verildiyini və xərclənən 80 milyard tümən vəsaitin əhəmiyyətli hissəsinin yerli xeyriyyəçilər tərəfindən ödənildiyini bildirib.

O, 78 təhsil ocağının yenidən qurulması və texniki avadanlıqla təchiz olunması layihəsi üzərində işlənildiyini və mart ayına kimi onlardan 36-nin yerli xeyriyyəçilərin vəsaiti hesabına tamamlanaraq istifadəyə veriləcəyini söyləyib.

Əsgərəli Cavanbəxt hazırda 155 məktəbin yenidən qurulmasına, 62 məktəbin isə sökülərək yenidən tikilməsinə ehtiyac olduğunu, lakin vəsait olmadığı üçün işə başlaya bilmədiklərini qeyd edib.

O, deyib ki, bunun üçün 1000 milyard tümən vəsaitə ehtiyac var.

Məktəblərin Təmiri və Texniki Təchizat İdarəsinin başçısı qarşıdakı 3 il ərzində məktəb binalarının təmiri və yenidənqurulmasına büdcə vəsaiti ayrlmasına ehtiyac olduğunu bildirib.

Hazırda Qəzvin əyalətinin 14 bölgəsində irili-xırdalı 2 min təhsil ocağı fəaliyyət göstərir.

Yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və texniki təchizatının təmin olunmasına dövlət tərəfindən udcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.

 

33درصد از فضای آموزشی استان استاندارد نیست

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar