SON XƏBƏRLƏR

Qəzvində məktəb binaları çatışmır: Yerli xeyriyyəçilər 3 binanın tikintisinə başlayıb

2021.12.25, 11:30
Qəzvində məktəb binaları çatışmır: Yerli xeyriyyəçilər 3 binanın tikintisinə başlayıb

Gunaz.tv

Buna səbəb hökumətin əyalətdə yeni təhsil ocaqlarının tikintisi və bərpasına büdcə vəsaiti ayırmamasıdır. 

Qəzvinli xeyriyyəçilər məktəb tikintisi kampaniyası çərçivəsində bu dəfə əyalətin Buin Zəhra bölgəsinin 3 kəndində məktəb binalarının inşasına başlayıblar. 

Qəzvin əyalətinin Məktəblərin Tikintisi, Təmiri və Texniki Təchizatı İdarəsinin başçısı Əsgərəli Cavanbəxtin verdiyi məlumata görə, cari təhsil ilində daha 70 sinif otağı xeyriyyəçilərin şəxsi büdcəsi hesabına tikilərək şagirdlərin istifadəsinə veriləcək. 

O, 4.2 milyard tümən büdcə vəsaiti ilə daha 18 məktəbin xeyriyyəçilər tərəfindən inşa edilməsi barədə müqavilə bağlandığını deyib.

Qeyd edək ki, son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

 

بخاری های گازی و نفتی از مدارس قزوین رخت می بندد - خبرگزاری مهر | اخبار  ایران و جهان | Mehr News Agency

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar