SON XƏBƏRLƏR

Sel və daşqınlar Qəzvində yol infrasrukturuna 100 milyard ziyan vurub

2022.01.19, 14:31
Sel və daşqınlar Qəzvində yol infrasrukturuna 100 milyard ziyan vurub

Gunaz.tv

Cavad Haqq Lütfi cari günəş ilində təbii fəlakətin vurduğu ziyan barədə statistikanı açıqlayıb və yol infrastrukturana dəyən ziyanın 100 milyard tümən olduğunu deyib.

O, baş verən sel və daşqınlar nəticəsində ən çox xəsarət alan bölgələrin Şərqi Ələmut və Avuc olduğunu deyib. Cavad Haqq Lütfi bildirib ki, Şərqi Ələmut 70 milyard, Avuc isə 30 milyard tümən ziyan görüb.

Cavad Haqq Lütfi xəsarətlərin 60%-nın körpü və kanalların, 40%-nın isə yolların dağıldığı səbəbindən meydana gəldiyini bildirib.

Hadisənin üstündən aylar keçməsinə baxmayaraq, körpülərin və yolların bərpası ilə bağlı lazım olan vəsait vaxtında ödənilmədiyi üçün bölgənin nəqliyyat sahəsində çətinliklər yaranıb.

Qedy edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb. 

Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib.

C.E
 

ناوگان راهداری استان قزوین با خرید یک دستگاه جدید تقویت شد | پایگاه خبری  صبح قزوین

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar