SON XƏBƏRLƏR

Qəzvində içməli su problemi: Su kəmərlərinin 1100 kilometri istifadəyə yararsızdır

2021.12.25, 10:23
Qəzvində içməli su problemi: Su kəmərlərinin 1100 kilometri istifadəyə yararsızdır

Gunaz.tv

Darab Birənvəndi mediaya verdiyi açıqlamada əyalətdə mövcud olan su kəmərlərinin 1100 kilometrinin çürüdüyünü və istifadəyə yararsız durumda olduğunu deyib. 

O, hal-hazırda şəhər su şəbəkəsinin ən azı 11%, kənd su şəəbəkəsinin isə 38%-nın dəyişdirilməyə ehtiyacı olduğunu qeyd edib. 

“Kəmərlərin dəyişdirilməsi üçün 1000 milyard tümən vəsaitə ehtiyacımız var. Əyalətdə su kəmərlərinin dəyişdirilməsi və yenilənməsi üçün isə yalnız 300 milyard tümən vəsait nəzərdə tutulub.

Bu isə kağız üzərində olan rəqəmdir və ödənilməsi şübhə doğurur”-deyə, Birəlvəndi bildirib. 

Su və Kanalizasiya Şirkətinin rəhbəri bununla yanaşı əyalətdə mövcud olan kanalizasiya xətlərinin də yenidən çəkilməsinin vacibliyini qeyd edib və bunun üçün büdcə çatışmazlığı yaşadıqları söyləyib. 

Əyalətdə quraqlığın və su çatışmazlığının hökm sürdüyünü deyən Darab Birəlvəndi bildirib ki, vəsait ayrılmaması üzündən “Taliqan” su anbarının tikintisi yarımçıq qalıb.

Onun sözlərinə görə, tikinti üşün lazım olan 2600 milyard tümən vəsait ödənilərsə,  “Taliqan” su anbarı hazır olarsa əyalətin içməli su probleminin qismən yaxşılaşa bilər. 

Qeyd edək ki, Qəzvin əyalətində bir çox layihələrin, o cümlədən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, su anbarlarının tikintisinin yarımçıq qalması bir sıra yerli rəsmilər və millət vəkillərinin də etirazına səbəb olub. 

Qəzvin, Əlborz və Abyek şəhərlərinin İran parlamentindəki nümayəndəsi Lütfullah Siyahkəli də problemlə bağlı açıqlama verib.

O, bildirib ki, uzun illərdir hökumət əyalətdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif vədlər versə də, bu istiqamətdə konkret addımlar atılmayıb.

 

مدیرعامل جدید آب وفاضلاب استان قزوین معرفی شد - خبرگزاری مهر | اخبار ایران  و جهان | Mehr News Agency

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar