SON XƏBƏRLƏR

Qəzvində tibb bacıları etiraz aksiyası keçirib

2023.03.13, 13:45
Qəzvində tibb bacıları etiraz aksiyası keçirib

Gunaz.tv

Narazı tibb bacıları valilik binasının qarşısına toplaşıblar.

Onlar plakatlar qaldıraraq əmək haqlarının az olduğuna və bundan öncəki ayların əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər.

Qeyd edək ki, xüsusən son aylar İranda başqa sahələrdə olduğu kimi səhiyyədə də əmək haqları gecikir.

Tibb işçilərinin də əmək haqları verilmir və ya uzun müddətli gecikmələrlə verilir.

Bu səbəbdən də tibb işçilərinin xaricə mühacirət sayında kəskin artım qeydə alınıb.

Tibb İşçiləri Birliyinin başçısı Məhəmməd Şərifi Müqəddəm mediaya verdiyi açıqlamada hər ay orta hesabla 200 tibb işçisinin ölkəni tərk etdiyini deyib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar