SON XƏBƏRLƏR

Qəzvinin Balaxanlu su anbarının tikinitisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2021.11.30, 13:10
Qəzvinin Balaxanlu su anbarının tikinitisi yarımçıq qalıb-Hökumət pul ayırmır

Gunaz.tv

Layihənin tamamlanması üçün lazım olan büdcə vəsaiti ayrılmayıb. Bu isə qəzvinlilərin narazılığına səbəb olub. 

Qəzvin Regional Su Şirkətinin icraçı direktoru Yədullah Məliki “Mehr” Xəbər Agentliyinə verdiyi açıqlamada bir sıra problemlər üzündən bəndin tikintisinin 2019-cu ulə kimi dayandırıldığını və hazırda bunun tamamlanması üçün tədbirlər gördüklərini deyib.

Məliki Qəzvin əyalətinin 5 şəhərinin suya olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaq Balaxanlu bəndinin tamamlanması üçün 400 milyard tümən vəsaitə ehtiyac olduğunu qeyd edib.

Qəzvin əyaləti valisinin abadlıq işləri üzrə müavini Əli Fərruxzad layihənin tamamlanması üçün maddi vəsait çatışmazlığı ilə yanaşı texniki hissələrində çatışmazlığının əlavə problemlər yaratdığını qeyd edib.

O, bir sıra problemləri həll etməyə çalışdıqlarını və bəndin qarşıdakı günəş ili ərzində istifadəyə vermək arzusunda olduqlarını bildirib.

Qeyd edək ki, bundan öncədə valilik rəsmisi və Regional Su Şirkətinin başçısı hər il bəndin növbəti il tamamlanması ilə bağlı vədlər vermələrinə baxmayaraq, layihənin tamamlanması istiqamətində hər hansı irəliləyiş olmayıb.

C.E
 

انتقال سهم آب قزوین از سد طالقان به تهران صحت ندارد - خبرکده قزوین | خبرکده  قزوینانتقال سهم آب قزوین از سد طالقان به تهران صحت ندارد - خبرکده قزوین | خبرکده  قزوین

Yədullah Məliki

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar