SON XƏBƏRLƏR

Qəzvin məhkəməsi milli fəal barədə qərar çıxarıb

2021.11.01, 06:30
Qəzvin məhkəməsi milli fəal barədə qərar çıxarıb

Gunaz.tv

Məhkəmənin qərarına əsasən qəzvinli milli fəal 31 milyon tümən nağd cərimə ödəməyə məhkum olunub.

Sentyabrın 26-da Vəli Əsədiyə göndərilən çağırışda ona qarşı irəli sürülən ittihamlar əks olunub.

Milli fəala qarşı “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və toplantı”, “ictimai rəyi təhrik etmək”, “rəhbəri təhqir etmək”, “məhkumluğu olan separatçı Abbas Lisanini müdafiə etmək", "türk və ərəb separatçılarını dəstəkləmək”, “separatçı şüarları yaymaq”, “İslam Cümhuriyyətinə qarşı təhlükə törətmək və ölkənin təhlükəsizliyini pozmağa dəvət” ittihamları irəli sürülüb.

Məhkəmə Əsədini “rejimə qarşı təbliğat fəaliyyəti”nə və “İran İslam Respublikasının qurucusunu təhqir etmək” ittihamlarına görə maddi cəzaya məhkum edib.

İrəli sürülən cəzalardan yalnız biri tətbiq oluna bilər.

Qəzvinli fəal 28 sentyabr 2020-ci ildə “kiber məkanda İslam Respublikasına qarşı təbliğat” ittihamı iıə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq bir həftə dindirilib və 50 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Son illər Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi, Qəzvin əyalətində də milli-mədəni fəallara qarşı basqılar çoxalıb.

Çox sayda qəzvinli türk dili fəalı çağrılıb, dindirilib və müxtəlif cəzalara məhkum olunub.

C.E 

Açıklama yok.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar