SON XƏBƏRLƏR

Qəzvinli müəllimlərin məhkəməsi olub

2022.03.10, 07:01
Qəzvinli müəllimlərin məhkəməsi olub

Gunaz.tv

Qəzvin şəhərinin Ümumi və İnqilab Məhkəməsində keçiriliən məhkəmə iclasında azərbaycanlı müəllimlərin hər biri 70 milyon tümən girov qarşılığında müvəqqəti olaraq növbəti məhkəməyə qədər sərbəst buraxılmalarına qərar verilib.

Xatırladaq ki, İnqilab Məhkəməsinin qəzvinli müəllimlər Məryəm Zirək, İsmayıl Fərhəngməneş və Eynulla Bəxşiyə göndərdiyi bildirişdə onların dindirilmək və izahat vermək üçün məhkəməydə olmalarını istənilmişdi.

Müəllimlərə ayrı-ayrılıqda göndərilən bildirişlərdə onlara qarşı “Hökumətə qarşı təbliğat” və “İctimai rəyi çaşdırmaq” ittihamlarının irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır. 

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar