SON XƏBƏRLƏR

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023.02.04, 11:00
Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, o, yanvarın 30-da Qəzvin əyalətinin məhkəməsinə çağırıldıqdan sonra saxlanılıb.

Onun hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı gənc Cavad Heydərinin yas mərasiminə qatıldığı üçün cəzalandırıldığı bildirilir.

Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.

O, sosial mediada bir neçə hekayə paylaşmaqda ittiham olunub. 

Dekabrın 25-də ifadə vermək üçün prokurorluğa çağrıldıqdan sonra həbs edilən Məsumə Bənagər 10 gün sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar