SON XƏBƏRLƏR

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022.07.04, 07:41
"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

Gunaz.tv

Mediaya verdiyi açıqlamada deyib ki, 9-10 yaşlı qız uşaqlarının erkən nikaha cəlb edilməsi halları çoxalıb.

Onun fikrincə, 16-17 yaşlı yeniyetmə oğlanlarla azyaşlı qızların evləndirilməsi onların təhsilinin yarımçıq qalmasına səbəb olur.

Qeyd edək ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən günəş ilində yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib və onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.

Martın 29-da yayılan statistikada 5 il müddətində hər il ortalama 30 min azyaşlı qızın erkən nikaha cəlb edildiyi, eyni müddət ərzində 123 min 15-dən az yaşı olan oğlan uşaqlarının evləndirildiyi qeyd olunub.

Statistika Mərkəzinin bundann öncəki il verdiyi məlumatda 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1 faiz artdığı bildirilib.

Məlumatda 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına qədər bir il müddətində 10-14 yaş arası qız uşaqlarının 791 nəfərinin ana olduqları göstərilib.

Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikahı fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər. 

BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar