SON XƏBƏRLƏR

"Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır"

2023.11.15, 13:37
"Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır"

İtaliya və Azərbaycan müdafiə nazirləri hərbi-təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışıblar. Bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüş zamanı müdafiə sahəsində ümumi maraq doğuran məsələlər, hərbi-təhsil sahəsində əməkdaşlıq haqqında konstruktiv danışıqlar aparılıb.

"Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır", - italiyalı nazir bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar