SON XƏBƏRLƏR

Erməni əsirliyindən azad olunan Hüseyn Axundov səhhətinin yaxşı olduğunu deyib

2023.12.13, 15:59
Erməni əsirliyindən azad olunan Hüseyn Axundov səhhətinin yaxşı olduğunu deyib

“Səhhətim yaxşıdır və sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”.

Gunaz.tv

Bunu erməni əsirliyindən azad olunan Hüseyn Axundov deyib.

O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.

Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq".

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar