SON XƏBƏRLƏR

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələri yüksələn xətlə inkişaf edir

2023.12.20, 12:28
Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur.

Gunaz.tv

Bu barədə Prezident İlham Əliyevin Roma Papası Fransiskə Milad bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

“Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimiz tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir.

Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir”, - dövlət başçısı qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar