SON XƏBƏRLƏR

İran XİN rəhbəri Ermənistana gedib

2023.12.27, 10:47
İran XİN rəhbəri Ermənistana gedib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistana gedib.

Gunaz.tv

Bu barədə “Tasnim” məlumat yayıb.

XİN başçısının İrəvana səfəri çərçivəsində Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Danışıqlarda əsas diqqət siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi yollarının nəzərdən keçirilməsi, həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatı çərçivəsində Cənubi Qafqaz regionunda mühüm məsələlər üzrə məsləhətləşmələrə yönəldiləcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar