SON XƏBƏRLƏR

Kirmandakı partlayışa görə Həmədanda 10 nəfər həbs edildi

2024.01.23, 13:50
Kirmandakı partlayışa görə Həmədanda 10 nəfər həbs edildi

İran təhlükəsizlik məmurları Həmədanda 10 sosial media fəalını həbs ediblər.

Gunaz.tv

Bu barədə təhlükəsizlik qüvvələrinə yaxın media qurumları məlumat yayıb.

Onların yanvarın 3-də Kirman şəhərində baş verən partlayışlarla əlaqədar paylaşım etdiklərinə görə saxlanıldıqları bildirilib.

İddia edilib ki, fəallar yanvarın 3-də Kirmanda baş verən partlayışlarla bağlı təhqiramiz ifadələr işlətdiklərinə görə hbs ediliblər.

Kimliyi açıqlanmayan fəalların barələrində cinayət işinin açıldığı və məhkəmə orqanlarına təhvil verildikləri qeyd edilib.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 94 nəfər ölüb, 281 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar