SON XƏBƏRLƏR

İsrailli etirazçılar atəşkəs tələb edirlər

2024.01.25, 12:55
İsrailli etirazçılar atəşkəs tələb edirlər

Yüzlərlə nümayişçi Qəzza zolağında saxlanılan əsirlərin azadlığa buraxılması üçün yolu bağlayıblar.

Gunaz.tv

Hadisə Tel-Əviv şəhərində baş verib.

Etirazçılar nəqliyyatın hərəkətini dayandıraraq, "Qan tökülməsinə son!" yazılmış plakatlar qaldırıblar.

"Hökumətə demək istəyirik ki, artıq bəsdir! Əsirlərin evlərinə qayıtmasını istəyirik. Atəşkəs istəyirik! Əsirləri hərbi əməliyyatlar yox, yalnız diplomatik razılaşmalar geri gətirəcək" , - etirazçılardan biri Sapir Sluzker Amran deyib.

Hərçənd İsrailin Baş naziri Benyamin Netanyahu dünən parlamentdə çıxışı zamanı "HƏMAS tamamilə dağıdılmayınca əməliyyatların başa çatmayacağını" bildirib.

"Bu, vətən müharibəsidir" , - baş nazir vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar