SON XƏBƏRLƏR

ABŞ Kirman partlayışlarından öncə İrana məlumat ötürüb

2024.01.26, 10:30
ABŞ Kirman partlayışlarından öncə İrana məlumat ötürüb

Yanvarın 3-də Kirman şəhərində baş verən partlayışlardan bir həftə əvvəl ABŞ Tehranı İŞİD-in terror planlı barədə xəbərdar edib.

Gunaz.tv

Bu barədə “Voll Strit Jurnal”  ABŞ mənbələrinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Vaşinqton hadisədən bir həftə əvvəl İran sərhədləri daxilində terror təhlükəsi ilə bağlı İrana xüsusi məlumat göndərib.

"ABŞ hökuməti digər hökumətləri potensial ölümcül təhlükələr barədə xəbərdar etmək üçün uzun illərdir bütün ABŞ hökumətlərində tətbiq edilən xəbərdarlıq etmək  siyasətini davam etdirir",- o, bildirib.

"İrna" xəbər agentliyi Tehran rəsmilərinə istinadən Vaşinqtonun terror barədə xəbərdarlıq məlumatının ötürülməsini təkzi edib.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar