SON XƏBƏRLƏR

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb

2024.02.15, 11:00
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb

2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb.

Gunaz.tv

Bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O, bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan aşağı enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.

"Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub", - deyə M. Cabbarov əlavə edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar