SON XƏBƏRLƏR

Güney azərbaycanlı müğənni Türkiyədə rekord qırıb

2024.02.15, 11:41
Güney azərbaycanlı müğənni Türkiyədə rekord qırıb

Güneyli müğənni Siyamın Türkiyənin tanınmış müğənnisi Ebru Yaşarla çəkdiyi klip bir neçə gün ərzinddə 10 milyon civarında baxış toplayaraq rekord qırıb.

Gunaz.tv

İncəsənətdə Siyam adı ilə tanınan Siyamək Sahibdil  Təbriz şəhəri Taliqani adına məhəllədə doğulub. 

O, peşə kimi Azərbaycan türkcəsində mahnı oxumaqla məşğul olub. 

Lakin Güney Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti yürüdən İran hakimiyyəti güneyli incəsənət xadimlərinə məhdudiyyət tətbiq etdiyindən fəaliyyətini rahat davam etdirə bilmək üçün Türkiyəyə köçməli olub.

Azərbaycanlı yazıçı və tədqiqatçı Rəhim Ağbayraq İranda azərbaycanlı müğənnilərə ayrıseçkiliklər barədə danışıb.

“Ölkədə (hakim xalqa mənsub) bəzilərinə şərait yaradıldığı bir halda digərlərinə problemlər törədilir. 

Bununla da bizim incəsənət üzrə fəaliyyət göstərmək istəyən gənclərimizin istedadları məhv olur. 

Onların çoxu Azərbaycan muğamı ilə fəaliyyətə başlayıb. Lakin qayğı göstərilmədiyinə görə fars muğamı oxuyan Şəcərian kimi müğənnilərin üslubuna keçməli olurlar”- deyə azərbaycanlı yazıçı qeyd edib.

Qeyd edək ki, Məhəmmədrza Şəcərian məşhur farsca klassik muğam ifaçısı olub. Şəcərian 2020-ci ildə 80 yaşında dünyasını dəyişib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar