SON XƏBƏRLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51%-dən çox artıb

2024.02.16, 11:40
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51%-dən çox artıb

2024-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 mlrd. 986.10 mln. dollara bərabər olub ki, bu da 2023-ci ilin yanvar ayına nisbətən 9,1% azdır.

Gunaz.tv

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 1,8% azalaraq 1 mlrd. 843.98 mln. ABŞ dolları təşkil edib. İdxal isə 19,1% azalaraq 1 mlrd. 142.12 mln. ABŞ dollarına enib.

Xarici ticarət dövriyyəsinə 701.86 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar ayına nisbətən 51,1% çoxdur.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar