SON XƏBƏRLƏR

Qaz çatışmazlığı İranda tətillərə səbəb oldu

2024.02.27, 11:36
Qaz çatışmazlığı İranda tətillərə səbəb oldu

Havaların soyuması və qaz verilişinin azalması ilə eyni vaxtda fevralın 26-dan başlayaraq İranın müxtəlif bölgələrində dövlət idarələri və məktəblər tətil elan edib.

Gunaz.tv

Məlumatlarda bildirilir ki, ölkə əyalətlərinin yarısında məktəblər qaz çatışmazlığı və isitmə sistemində yaranan çətinliklər səbəbindən bağlanıb.

Böhran İdarə Edilməsi Baş İdarəsi isə bəyanat yayaraq Tehran əyalətində qaz verilişinin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib.

"Daxili sektora qaz tədarükünü davam etdirmək məqsədi ilə Tehran əyalətinin dövlət idarələri və sənaye müəssisələrinə qaz tədarükü növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq",- bəyanatda deyilib.

İranın bir sıra elektrik stansiyaları qışa aylar qalmış qaz istehlakına qənaət etmək üçün mazutdan istifadə etməyə başlayıb.

Bu, əvvəlki illərdə olduğu kimi böyük şəhərlərdə havanın ciddi şəkildə çirklənməsinə, ekoloji problemlərin artmasına səbəb olub.

Bundan əvvəl İran rəsmiləri Rusiya-Ukrayna müharibəsinin davam etməsi nəticəsində Avropa ölkələrinin qazsızlıq səbəbindən donacağını proqnozlaşdırmışdılar.

Bu proqnozlardan sonra ölkənin 14 əyalətində qaz çatışmazlığı səbəbindən sənaye sahələrinə, yüzlərlə dövlət və ictimai quruma qaz verilişi dayandırıldı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar