SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda özəl bankların açılamasına icazə verilmir

2024.03.11, 15:09
Şərqi Azərbaycanda özəl bankların açılamasına icazə verilmir

Bunu Təbriz Ticarət Palatasının sədri Yunes Jailə deyib.

Gunaz.tv

"Şərqi Azərbaycan əyaləti yüksək potensialına, özəl sektorun investisiyalar sahəsindəki geniş imkanlarına baxmayaraq, maliyyə vəsaitlərinin ayrılmasında minimum paya malikdir",- Ticarət Palatasının başçısı bildirib.

O, bankların resurslarının 70%-nin Tehran tərəfindən istifadə edildiyini söyləyib.

Jailə, “milli maraqlar”a uyğun olmadığı bəhanəsi ilə 2022-ci ildə İran rəsmilərinin Şərqi Azərbaycan əyalətində özəl bankın yaradılmasının qarşısını aldığını bildirib.

Bununla yanaşı, Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan da oxşar fikirlər səsləndirib.

O, özəl bankların əyalətin əhalisinin sərmayə və əmanətlərini alıb başqa əyalətlərdə xərclədiyini bəyan edərək bu bankların Şərqi Azərbaycan iqtisadiyyatında rollarının cuzi olduğunu bildirib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar