SON XƏBƏRLƏR

Çin, Rusiya və İran dünya prosesinə təhlükə hesab olunurlar

2024.03.12, 12:50
Çin, Rusiya və İran dünya prosesinə təhlükə hesab olunurlar

ABŞ-ın təhlükəszilik xidmətləri ölkənin Senatına yeni hesabatlarında Çin, Rusiya və İranın dünya prosesinə və Amerikanın 2024-cü ildə üstünlüyünə təhlükə hesab olunduqlarını bildiriblər.

Gunaz.tv

Hesabata əsasən ABŞ iri güclərin rəqabətləri, transmilli çaxnaşmalar və bölgələrdə qarşıdrumalar səbəbindən təzyiqə məruz qalır və sınağa çəkilir.

ABŞ-nin 18 təhlükəsizlik xidmətindən ibarət Milli Təhlükəsizlik Xidmətinin direktoru Avril Heynz Senatda çıxışı zamanı deyib: 

“İsrail ordusu və ekstemist qrup HƏMAS arasında müharibə dünyada çaxnaşmaların artırılması potensialına malikdir. Bu isə daha geniş miqyaslı pis nəticələr törədə və dünyanı özünə cəlb edə bilər”. 

Heynz həmçinin bildirib ki, Əl-Qaidə və İŞİD də HƏMAS-ı nümunə götürməklə döyüşçülərinə İsrail və Amerika maraqları əleyhinə həmlələr etməyə göstəriş veriblər. 

Digər tərəfdən Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəisi Vilyam Burnz Senata hesabarı zamanı Rusiya ilə müharibə üçün Ukraynanın hərbi sursatının tükənməkdə olduğuna toxunaraq deyib: 

“bizim onlara köməklik edə biləcəyimiz müddət də bitməkdədir. Konqres Kiyev üçün daha çox hərbi yardım göndərməsə böyük və tarixi bir səhv hesab olunar”. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar