SON XƏBƏRLƏR

Azərbaycan cəmiyyəti Ermənistanın işğalındakı sərhəd kəndlərinin yaxın gələcəkdə azad ediləcəyinə inanır

2024.03.29, 12:52
Azərbaycan cəmiyyəti Ermənistanın işğalındakı sərhəd kəndlərinin yaxın gələcəkdə azad ediləcəyinə inanır

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib.

Gunaz.tv

Mərkəzdən verilən xəbərə görə, respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar