SON XƏBƏRLƏR

İran Çinin köməyi ilə sanksiyalardan yayınır

2024.04.02, 15:25
İran Çinin köməyi ilə sanksiyalardan yayınır

İranın Əmək Xəbər Agentliyinin (İLNA) verdiyi məlumata görə, çərşənbə axşamı İranın Gömrük Başçısı Məhəmməd Rezvanifər bildirib ki, İranın neft ixracı son 12 ay ərzində 35,8 milyard dollara çatıb.

Gunaz.tv

Bu barədə “Reuters” xəbər agentliyi məlumat paylaşıb.

2018-ci ildə ABŞ-ın Tehrana qarşı sanksiyalarını bərpa etməsinə baxmayaraq, Çinin İran neftini alması ölkəyə müsbət ticarət balansını saxlamağa imkan verib.

Rezvanifar deyib ki, Çinin köməyi olmasaydı, İran 16,8 milyard dollarlıq ticarət kəsir yarana bilərdi.

O əlavə edib ki, ümumi ticarət illik müqayisədə 2,6% artaraq 153 milyard dollara çatıb ki, bunun da 86,8 milyard dollarını İranın ixrac əməliyyatları təşkil edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar