SON XƏBƏRLƏR

Qazaxıstan bu il də Qələbə paradı keçirməyəcək

2024.04.03, 11:19
Qazaxıstan bu il də Qələbə paradı keçirməyəcək

Qazaxıstan bu il də 9 May Qələbə günü ilə bağlı parad keçirməyəcək.

Gunaz.tv

Bu barədə ölkənin Müdafiə Nazirliyi qərar verib.

Bildirilib ki, buna səbəb ilk növbədə büdcə vəsaitlərinə qənaət olunması, eləcə də diqqətin daha vacib məsələlərə yönəldilməsidir.

Bununla da adı çəkilən ölkə tarixində 5-ci dəfə faşizm üzərində qələbənin ildönümünü qeyd etməyəcək.

Qeyd edək ki, SSRİ ilə Hitler Almaniyası arasında müharibəsində 1 milyon 3 min nəfərdən çox qazax iştirak edib. Onların təqribən yarısı döyüşlərdə həlak olub, 500 nəfəri “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar