SON XƏBƏRLƏR

Lukaşenko: İnformasiya və psixoloji müharibə vəziyyətindəyik

2024.04.08, 16:19
Lukaşenko: İnformasiya və psixoloji müharibə vəziyyətindəyik

“Hakimiyyət ölkəni müharibədən qorumaq üçün bütün imkanları səfərbər edib”.

Gunaz.tv

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, ölkə ərazisində hər hansı hərbi toqquşmaya imkan verilməyəcək.

Belarus lideri həmçinin xaricdəki müxalifət təmsilçilərini informasiya müharibəsi, habelə ölkədə vəziyyəti gərginləşdirməkdə ittiham edib:

“Bu qüvvələr gah Belarus ərazisində də “Crocus City” hadisəsinə bənzər terror aktının törədiləcəyi, gah da hərbi toqquşmanın baş verəcəyi barədə dezinformasiya yaymağa başladı. Əsas məqsəd ölkəmizə hərbi hücum və ərazilərimizin işğalı üçün zəmin yaratmaq idi. Onların daha bir planı isə bu məqsədlə xarici ölkələrin qoşunlarını cəlb etmək yolu ilə hakimiyyətin ələ keçirilməsi idi. İnformasiya və psixoloji müharibə vəziyyətindəyik. Bu qüvvələri silahlı münaqişənin tərəfdarları idarə edir”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar