SON XƏBƏRLƏR

Qaşqay xanzadəsi həbs edildi

2024.04.10, 12:09
Qaşqay xanzadəsi həbs edildi

Elxanlılar sülaləsinin davamçılarından və qaşqay türklərinin məşhur xanı Qubadxan Bahadurinin nəvələrindən olan Xosrov Bahaduri Qaşqayi Şiraz şəhərində həbs edilib.

Gunaz.tv

Bu barədə qaşqay türklərinin media qurumu "Baydaq" məlumat yayıb.

Bildirilib ki, naməlum səbəblər üzündən həbs edilən Xosro Bahadurinin ittihamı və harada saxlanılması barədə məlumat verilmir.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar