SON XƏBƏRLƏR

Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

2024.04.12, 14:01
Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Gunaz.tv

XİN-dən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar