SON XƏBƏRLƏR

Pentaqon: İran təhdidinə görə ABŞ-in hərbi avadanlığı bölgədə saxlanılacaq

2024.04.16, 13:36
Pentaqon: İran təhdidinə görə ABŞ-in hərbi avadanlığı bölgədə saxlanılacaq

İranın İsrailə hücumdan əvvəl ABŞ-nin Yaxın Şərqə gətirilən hərbi avadanlığı bölgədə saxlanılacaq.

Gunaz.tv

Bunu Pentaqonun sözçüsü Sabrina Sinq deyib.

"Bölgədəki qüvvələrimizi qorumaq və İsraili müdafiə etmək üçün lazımi tədbirləri görəcəyik",- o bildirib.

Sinq, ABŞin öz qüvvələrini müdafiə etmək və bu təhdidlərə cavab vermək üçün nə lazımdırsa edəcəyini söyləyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki: Amerika regionda müharibəni genişlənmək niyyətində deyil və bölgədəki hərbi texnikasının saxlanılması sadəcə çəkindirici mesaj xarakteri daşıyır.

O, bununla yanaşı bölgədə İrana bağlı proksi qüvvələrin bundan sonra atacaqları addımlara görə cəzalandırılacaqlarını qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar