SON XƏBƏRLƏR

"G7" ölkələri İsrailin İrana hücumunu müzakirə edəcək

2024.04.19, 15:09
"G7" ölkələri İsrailin İrana hücumunu müzakirə edəcək

Aprelin 19-da “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri İtaliyada keçiriləcək iclasında İsrailin İrana hava zərbələri ilə bağlı vəziyyət müzakirə edəcək.

Gunaz.tv

Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Kanada Xarici İşlər Nazirliyinin rəsmiləri İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni xarici işlər nazirləri ilə müzakirə edəcəyik”, - o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin İsfahan, Təbriz və başqa bir neçə bölgədə hərbi obyektlərə hava zərbələri endirdiyi barədə məluamtlar yayılıb.

İran tərəfi qeyd olunan bölgələrdə "kiçik uçuş aparatları"nın uçduğunu və hava hücumundan müdafiə sistemlərinin onları zərərsizləşdirdiyini deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar