SON XƏBƏRLƏR

Təbrizdə parlament seçkilərində anti-rekord, iştirakçı sayı açıqlandı

2024.05.11, 10:45
Təbrizdə parlament seçkilərində anti-rekord, iştirakçı sayı açıqlandı

Mayın 10-da İranda 22 dairə üzrə parlament seçkilərinin ikinci turu keçirilib və Təbrizdə seçici aktivliyi minimum olub.

Gunaz.tv

Bu barədə Təbrizin yerli "Azərəncümən" nəşri məlumat yayıb.

Məlumata görə, Təbrizdə səsvermə hüququ olanların yalnız 15 faizi seçiklərdə iştirak edib.

"1 milyon 358 min 75 nəfər səsvermə hüququ olan təbrizlinin yalnız 211 min nəfəri səsvermədə iştirak edib",- məlumatda bildirilib.

Yerli müşahidəçilər qeyd olunan 15 faiz seçici aktivliyinin də şişirdilmiş rəqəm olduğunu deyiblər.

Onların fikrincə səsvermə hüququ olan təbrizlilərin təxminən 10 faizi seçkilərdə iştirak edib, onların isə əksəriyyəti dövlət qurumlarında işləyən və məcburi şəkildə səsverməyə cəlb edilənlərdir.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar