SON XƏBƏRLƏR

Zahidan və Xaş şəhərlərində silahlı qarşıdurma - Ölən və yaralananlar var

2024.05.28, 15:45
Zahidan və Xaş şəhərlərində silahlı qarşıdurma - Ölən və yaralananlar var

Sünni məzhəbli etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Zahidan və Xaş şəhərlərində silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Mayın 27-də yerli vaxtla saat 20:00 radələrində Zahidan şəhərinin "Besət" küçəsində baş verən atışma nəticəsində 19 yaşlı Nasir Kaşanı həlak olub, 4 nəfər isə yaralanıb.

Əyalətin Xaş şəhərində isə iki minik avtomobili atəşə tutulub,  nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bəzi mənbələr ölü və yaralı sayının qeyd olunandan daha çox olduğu yazıblar.

Hadisənin "naməlum" silahlılar tərəfindən törədildiyi qeyd edilib, təfərrüatı barədə əlavə məlumat verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar