SON XƏBƏRLƏR

Rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır

2024.07.03, 14:28
Rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır

Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq.

Gunaz.tv

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ermənistanlı həmkarlı Ararat Mirzoyanla görüşdən sonra mətbuata açıqlamasında deyib.

O, rəsmi Tbilisinin regionda sülh və sabitlik naminə Azərbaycanla Ermənistan arasında konstruktiv dialoqa töhfə verməyə hazır olduğunu vurğulayıb.

“Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq”, - Darçiaşvili deyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar