SON XƏBƏRLƏR

İranda 6 etnik bəluc güllələndi

2024.07.15, 15:15
İranda 6 etnik bəluc güllələndi

İran polis qüvvələri ölkənin Səravan bölgəsində pərakəndə yanacaq satışı ilə məşğul olan iki gənci güllələyiblər. 

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Güllələnən gənclərdən birinin həlak olduğu, digərinin isə ağır yaralandığı bildirilib.

Bununla yanaşı Kirman əyalətinin Kəhnuc- Rudbar yolunda da 5 etnik bəluc güllələnərək öldürülüb.

Minik avtomobilində olan 22 yaşlı sürücü, ata, ana və onları iki azyaşlı övladı hadisə yerindəcə həyatını itirib.

Onların qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olduqları ehtimalına görə avtomobilləri atəşə tutulduğu bildirilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar