SON XƏBƏRLƏR

C.Bolton xəbərdarlıq etdi- Tehranın Trampa qarşı təhdidləri realdır

2024.07.18, 13:43
C.Bolton xəbərdarlıq etdi- Tehranın Trampa qarşı təhdidləri realdır

ABŞ prezidentliyinə namizəd və keçmiş Prezident Donald Trampa qarşı sui-qəsddən sonra Tehran rejiminin ona qarşı təhdidləri yenidən gündəmə gəlib.

Gunaz.tv

Bu qəbildən olan bəyanatlardan birini isə ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton səsləndirib.

O, Qasım Süleymaninin öldürülməsindən bəri İranın qisas almağa çalışdığını və Trampın açıq şəkildə bu təhdidlərin hədəfi olduğunu deyib.

Bolton vurğulayıb ki, bu təhdidlər təkcə internet müzakirələri deyil, real təhlükələrdir.

Qeyd edək ki, CNN kəşfiyyat məlumatına əsasən İranın Trampa sui-qəsd etməyə çalışdığı, buna görə siyasətçinin mühafizəsinin gücləndirildiyi haqda məlumat yayıb, amma Pensilvaniyadakı sui-qəsd cəhdinin arxasında tehranın dayanmadığını bildirib.

İran isə bu informasiyanı qəti şəkildə təkzib edib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds qüvvələrinin komandiri Qasım Sülemaninin o vaxtkı ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdadda ABŞ-ın raket hücumu nəticəsində öldürülməsindən sonra SEPAH komandirləri və İran rəsmiləri qısas alacaqları barədə dəfələrlə bəyanatlar səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar