SON XƏBƏRLƏR

Moskvada Azərbaycan və Rusiya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

2024.07.24, 11:02
Moskvada Azərbaycan və Rusiya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Gunaz.tv

XİN-dən  verilən xəbərə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.

Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırki vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar