SON XƏBƏRLƏR

Ceyhun Bayramov: Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur

2024.09.02, 13:39
Ceyhun Bayramov: Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur

“Sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur. Seçim Ermənistanındır”.

Gunaz.tv

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: “Buna hər hansı bəhanə tapmağa enerji sərf edilməməlidir. Ermənistan və Azərbaycan konstitusiyaları arasında müqayisələr aparmaq cəhdləri də yersizdir. Biz bu problemin mövcudluğunu qarşı tərəfə 2 il öncə çatdırmışdıq. Biz konstruktiv tərəf olaraq bunu danışıqlara şərt olaraq qoymurduq, amma məsələnin həllini istəyirdik. Onlarsa bu məsələnin üstündən keçməyə çalışırdılar. O zaman onlar Azərbaycan konstitusiyası ilə bağlı hər hansı iddia ilə çıxış etmirdilər. Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar