SON XƏBƏRLƏR

Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

2024.10.12, 16:17
Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi də gülüncdür.

Gunaz.tv

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

"Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil", - məlumatda vurğulanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar