SON XƏBƏRLƏR

Sahibə Qafarova Alen Simonyan ilə görüşəcək

2024.10.14, 14:52
Sahibə Qafarova Alen Simonyan ilə görüşəcək

Bu həftə İsveçrənin Cenevrə şəhərində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında ikitərəfli görüş baş tutacaq.

Gunaz.tv

Günaz.tv modern.az-a istinadən bildirir ki, görüş Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək.

Tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İsveçrədə səfərdədir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar