SON XƏBƏRLƏR

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

2024.10.16, 12:57
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Gunaz.tv

“Qafqazinfo” xəbər verir ki, şəhid atası Ağakərim İbrahimov bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən “Qafqazinfo”-un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub: “Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 11:35-də ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar