SON XƏBƏRLƏR

Hillari Klinton güneyli məhbusa görə paylaşım etdi

2024.11.04, 10:23
Hillari Klinton güneyli məhbusa görə paylaşım etdi

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin vəziyyətinin ağırlaşmasına görə onun tibbi məzuniyyətə buraxılması tələbi ilə kampaniya başladılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıblar.

Bununla eyni vaxtda tanınmış vəkil Mustafa Nili Nərgiz Məhəmmədi də yeni xəstəliyin aşkarlanması və onun həyatının təhlükədə olması ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, bir neçə xəstəlikdən əziyyət çəkən Məhəmmədinin sağ ayağında aşkarlanan aşkarlanan daxili zədənin sümük xərçəngi olma ehtimalı yüksəkdir.

"Bunun bədxassəli olub olmadığını yoxlamaq və diaqnoz qoymaq üçün Nərgiz Məhəmmədi mümkün qədər tez xəstəxanaya köçürülməli cərrahi nümunə götürülməlidir",- vəkil yazıb.

Bununla eyni vaxtda ABŞ-nin keçmiş xarici işlər naziri Hillari Klinton da başladılan kampaniyaya qoşulub.

O, hüquq müdafiəçisinin davamlı müalicə olunmaq üçün tibbi məzuniyyətə buraxılmasını istəyib.

"Həbsxana rəhbərliyi hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatınının müalicəsinə imkan verməməklə onun səssizcə öldürür",-H.Klinton özünü X hesabında yazıb.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Bir həftə əvvəl isə Tehranın Cinayət Məhkəməsi, edam cəzalarının dayandırılması tələbi ilə həbsxanada keçirdiyi etiraz aksiyasına görə Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar